• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: "Məhkəmə-hüquq sistemində problemlər çoxdur"

Millət vəkili: "Məhkəmə-hüquq sistemində problemlər çoxdur"
15.03.2016 18:13
"Ölkədə islahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimiz nəticəni ala bilməyəcəyik”.

APA-nın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məhkəmə-hüquq sistemində problemlər çoxdur: "İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”.

Deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova xitab edib: "Xalqı hökumətdən, prezidentdən narazı salan ən ciddi sahələrdən də biri budur. Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda ölkəyə ciddi investisiya qoyuluşuna nail olunmayacaq. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır ”.

Q. Həsənquliyev "Gündəm xəbər" qəzetinin baş redaktoru ilə bağlı məhkəmə prosesində də haqsızlıq olduğunu qeyd edib və baş redaktoru 4 il həbs gözlədiyini bildirib.

Deputat həmçinin prezident İlham Əliyevin bu gün başlanmış Ankara səfərinə də toxunub: "Ankaradakı terrorun ardınca prezident İlham Əliyevin Türkiyəyə səfəri əsl kişiyana jestdir. Bunu alqışlamalıyıq. Həmçinin Türkiyə bəzi məqamlarda təhlükəsizliklə bağlı bizdən örnək götürməlidir”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol