• $
  • €
  • ₽
  • ₺
  • £

General: "Ohanyan iki ağanın tək nökəri olmaq istəyir"

General: "Ohanyan iki ağanın tək nökəri olmaq istəyir"
16.03.2016 14:15
Ermənistanın həm Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aktiv üzvü olması, həm də NATO ilə yaxınlığı, ifadəmə görə üzr istəyirəm, siyasi fahişəlikdən başqa bir şey deyildir.

Oxu.Az xəbər verir ki, bu fikri keçən həftə Brüssel şəhərində NATO-nun mənzil-qərargahında "28+1” formatında Şimali Atlantika Şurası ilə Ermənistan arasında keçirilən toplantıda Seyran Ohanyanın görüşlərini şərh edən keçmiş hərbi birlik komandiri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildrib.

"Seyran Ohanyan kimdir? Onu yəqin ki, NATO-da da yaxşı tanıyırlar. Əgər bilmirlərsə, qısa xatırlatma yerinə düşür. Qarabağ savaşında milliyətindən asılı olmayaraq dinc əhaliyə qarşı qəddarlığı, amansızlığı, qaniçənliyi ilə şöhrət tapmış quldur dəstəsinin başçısı.

Terror yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş və kriminal strukturların dəstəyi ilə "dövləti” idarə edən şəxslərdən biridir. Məhz bu səbəbdən o, bütün yollardan - yalan, iftira, şantajdan, hətta əxlaqsızlıqdan belə çəkinmir ki, ələ keçirdiyi hakimiyyəti zorla da olsa qoruyub saxlasın.

Odur ki, Seyran Ohanyanın, eyni zamanda KTMT və NATO-nun "qucağına” atılması da onun kimi ünsürlər üçün adi bir haldır. Amma, necə deyərlər,  onun "eyni zamanda iki ağanın tək nökəri” olması cəhdləri də heç bir fayda verməyəcəkdir.

Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi, xalqımız və dövlətimizin iradəsi, ən əsası isə Silahlı Qüvvələrimizin qüdrəti və gücündədir”, - deyə general-leytenant Y.Aydəmirov qeyd edib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol