Nazirlik: İtkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 və "Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində "Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində keçən il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.
Bu barədə "Report”a FHN-in mətbuat xidmətindən bildirilib.
Əlavə olunub ki, hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.
www.ann.az
Son xəbərlər 
Daha çox 























