• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlu: “Xalqıma xidmət etmək üçün vətənə döndüm"

Qubad İbadoğlu: “Xalqıma xidmət etmək üçün vətənə döndüm"
30.03.2016 16:37
"Bundan sonra fəaliyyətimin əsas istiqaməti ictimai sektorda olacaq. Yəni həm ADR, həm də təmsil olunduğum vətəndaş cəmiyyəti alyanslarında fəaliyyətimi davam etdirəcəyəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu deyib.

Uzunmüddətli ABŞ səfərindən qayıdan Q. İbadoğlu Azərbaycanda ona vəzifə təklif olunduğu barədə yayılan informasiyalara münasibət bildirib: "Yaxın vaxtlarda ADR-in İdarə Heyətinin yığıncağını keçirəcəyik. Əlavə olaraq, həm elmi, həm də pedaqoji sahədə çalışacağam. Eyni zamanda, iqtisadiyyat, sosial məsələlərlə bağlı müəyyən istiqamətlərdə fikirlərimi bölüşəcəyəm. Ümumiyyətlə, əvvəlki istiqamətdə fəaliyyətimi bərpa etmək niyyətindəyəm. Mənə Azərbaycan hökumətindən deyil, ABŞ-da qalmaq və fəaliyyət göstərmək barədə təkliflər gəlib. Təbii ki, mən bunların hamısını dəyərləndirdim, ancaq hesab edirəm ki, fəaliyyətimi Azərbaycanda davam etdirməyim daha məqsədəuyğundur. Buraya da hansısa vəzifə təklifi ilə qayıtmamışam. Hansı mövqedə olmağımdan asılı olmayaraq, xalqıma və Azərbaycan dövlətinə xidmət etmək üçün vətənə dönmüşəm”.

Q. İbadoğlu Müsavat başqanının müavini Tofiq Yaqublunun partiyanın qurultayından sonra tərəflər arasında yaranmış narazılığı aradan qaldıracağı və tərəfləri barışdıracağı barədə dediyi fikirlərə də münasibətini açıqlayaraq, bunun üçün ilk növbədə Müsavatda islahatlar aparılmalı olduğunu vurğulayıb: "Mən Tofiq Yaqublunun barışdırıcı mövqeyini və missiyasını müsbət qiymətləndirirəm. Onun açıqlamalarını izləyirəm və hesab edirəm ki, əlavə məlumatlara da ehtiyac var. Tofiq Yaqublu ilə hələ görüşməmişəm, yəqin ki, görüşəndə bu və ya digər məsələləri müzakirə edəcəyik. Bu təklifə münasibətə gəlincə isə, deyə bilərəm ki, biz ADR olaraq, Azərbaycan xalqının marağını ifadə edən və siyasi fəaliyyəti ilə seçilən təşkilatlarla əməkdaşlığa açığıq. O ki qaldı Müsavat Partiyasına, hesab edirəm ki, Müsavatın hazırkı rəhbərliyi bir qrupun deyil, xalqın maraqlarını ifadə edən təşkilat kimi fəaliyyətə çalışmalıdır. İlk növbədə Müsavatdaxili demokratiya bərpa olunmalı, partiyada islahatlar getməli və Müsavat Partiyası özünün tarixi ideologiyasına, Nizamnaməsinə uyğun fəaliyyətini qurmalıdır. Yalnız bundan sonra bu məsələlərlə bağlı müzakirə aparmaq olar. Bütün bunlar isə bizim üçün gerçək görünmür”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol