• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir azərbaycanlı rekordlar kitabında

Daha bir azərbaycanlı rekordlar kitabında
01.04.2016 10:52
Uzun illər Ukraynanın Xarkov şəhərində yaşayan Elçin Orucov plastilindən yaratdığı qeyri-adı personajlarını animasiya filminə çevirməklə bu sahədə böyük uğurlara imza atıb. Onun yaratdığı personajlar Tartoniya adlanan başqa planetin balaca və nəcib sakinləridir.

Bu sahədə son on ildə minə yaxın personajlar yaradan E.Orucov dünyanın animasiya filmləri ailəsinə yeni və fərqlı obrazla daxil olmağı bacarıb. Hazırda onun personajları əsasında Türkiyənin İzmir şəhərində çoxseriyalı cizgi filmi çəkilir.

Qeyri-adi obrazların müəllifi kimi Ukrayna və Türkiyə mediasının diqqətini özünə cəlb edən E.Orucov "plastilindən ən çox animasiya personajı yaradan insan” kimi Ukraynanın milli rekordlar kitabına düşüb.

Bununla bağlı paytaxt Kiyev şəhərində keçirilən "2016-Ukrayna Milli Rekord Reestri”-nin təqdimat mərasimində E.Orucova təşkilatın yüksək nominasıyası təqdim olunub. Tədbridə Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov çıxış edərək, Ukraynanın rekordlar kitabına düşən qalibləri təbrik edib.

E.Orucovun layihəsini bədii dəyərlər baxımından incəsənət, dizayn və animasiya modelləşdirilməsində uğurlu addım kimi dəyərləndirən mütəxəssislər, istedadlı həmyerlimizin yaratdığı Tartoniklər obrazının tezliklə dünya animasiya filimləri sferasına nüfuz edəcəyini vurğulayıblar.

Qeyd olunub ki, E.Orucovun təxəyyülünün məhsulu olan Tartoniya planetinin sakinləri tezliklə cizgi filmləri qismində dünyanın bütün uşaqlarının ürəyini fəth edəcək. Tədbirə qatılanlarla yaradıcılıq uğurlarını bölüşən E.Orucov yaratdığı personajlar əsasında çəkilən animasiya serialının tezliklə televiziya ekranlarına çıxacağını bildirib.

Tartoniklər Ukraynanın Xarkov şəhərində həyata vəsiqə qazanıb. İlkin olaraq bu personajlara adi gözlə baxdığını deyən müəllif sonralar fikrini Xarkov şəhərindəki animasiya filmləri ilə məşğul olan mütəxəssislərlə bölüşüb. Animasiya mütəxəssislərinin qeyri-adi personajlara göstərdiyi xüsusi maraq Elçinin təxəyyülündə yaşatdığı Tartonik dünyasının nəcib sakinlərini hərəkətə gətirib.

Hətta Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Mutumedia Dizaynı kafedrası təqdim olunan animasiya personajlarını tədris planına daxil etməklə, bu sahədə tələbələr arasında Tartonik müsabiqəsi keçirməyə başlayıb. Yüksək mütəxəssis fikrini nəzərə alan E.Orucov bu dəfə tartonikləri bir layihə qismində Türkiyənin animasiya filmləri ilə məşğul olan media qurumlarına təqdim edib.

Çox keçmədən İzmir şəhərindən dəvət alan həyerlimiz ideya ortağı olan Əlövsət Becanoğlu ilə birlikdə İzmir şəhərində "Tartoniks” adlı animasiya studiyası yaradaraq eyni adlı cizgi filmlərinin çəkilişinə başlayıblar. Tartoniya adlanan cizgi flmi uşaqlara daha çox xeyirxahlığı, paklığı, təbiətə və həyata sevgi hisslərini aşılamaqla onlara xoş və rahat aura bəxş edir.

E.Orucovun yaratdığı personajlar hazırda Ukraynanın kütləvi İnformasiya vasitələrinin diqqət mərkəzindədir. Bununla bağlı nüfuzlu televiziya kanalları həmyerlimizlə bağlı xüsusi verilişlər yayımlayır. ( www.youtube.com/watch?v=YxZqzPIMwT4  www.youtube.com/watch?v=BmZf-fLxDI4  www.youtube.com/watch?v=SQtlhv1EJ8Y )

Artıq bir sıra televiziya kanalları gələcəkdə cizgi filmlərinin göstərilməsi ilə bağlı E.Orucovun rəhbərlik etdiyi "Tartoniks” studiyası ilə müqavilə bağlayıblar. Elçinin əsas məqsədi gələcəkdə Azərbaycanın milli-mənəvi dəyərlərini özündə ehtiva edən yeni animasiya personajlarını yaratmaqdır.

O, harada yaşamasından və işləməsindən asılı olmayaraq hər zaman özünü azərbaycanlı kimi təqdim edir. Beynəlxalq tədbirlərdə Ukrayna, Türkiyə və Azərbaycan bayraqları altında çıxış etməkdən qürur duyur.//Trend

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol