• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamın icra başçısı rayondakı vəziyyətdən danışdı

Ağdamın icra başçısı rayondakı vəziyyətdən danışdı
02.04.2016 15:07
Ağdam rayonuna hazırda hərbi müdaxilələr olsa da, əhali öz yerindədir.
 
Bunu Report-a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.
 
O qeyd edib ki, hər kəs öz gündəlik kənd təsərrüfatı və məişət işləri ilə məşğul olur: "Ağdam rayonu təmas xəttində yerləşir. Təmas xətti rayonun 21 kəndindən keçir. Rayonda 94 min əhali yaşayır. Hazırda hərbi müdaxilələr var, buna baxmayaraq, əhali öz yerindədir”.
 
Icra başçısı əlavə edib ki, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və icra strukturlarının nümayəndələri kənd sakinləriylə görüşüb: "Bu gün rayonda baş verən hadisələr əhalidə ruh yüksəkliyi yaradıb. Hər kəs işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün bütün çağırışlara hazırdır”.
 
R.Məmmədov vurğulayıb ki, bu saata qədər Ağdam ərazisində ölən və yaralanan olmayıb: "Rayonun bir neçə kəndinə mərmi düşüb. Mərmilərin düşdüyü ərazilər ziyansız ötüşüb, insan tələfatı və yaralanan olmayıb. Baş verən hadisələrlə bağlı yayılan məlumatlar tamamilə yanlışdır, rayonda hər şey öz axarı ilə gedir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol