• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club Təhsil Nazirliyi ilə birgə biznes-forum keçirəcək

Caspian European Club Təhsil Nazirliyi ilə birgə biznes-forum keçirəcək
12.04.2016 15:39
Caspian European Club (Caspian Business Club) 2016-cı il 20 aprel tarixdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun sədrliyi ilə biznes-forum keçirəcək.

"Biznes-forum zamanı Caspian European Club (Caspian Business Club) çərçivəsində Təhsil Nazirliyi ilə biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə olunacaq. Biz Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinə göstərdiyi sabit dəstəyə və aparılan aktiv dialoqa görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarıq. Ümid edirik ki, biznes-forum çərçivəsində şirkət rəhbərləri onları maraqlandıran suallara cavab almaq, təhsillə bağlı problemlərin həlli yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında aktiv dialoqun təşkili üzrə təkliflər irəli sürmək imkanından yararlanacaqlar”, - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
 
Sözügedən biznes-forumda Təhsil Nazirliyinin əməkdaşları, ali məktəblərin rektorları, təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq maliyyə təşkilatlarının başçıları, həmçinin səfirliklərin nümayəndələri iştirak edəcəklər. Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri ilə yanaşı, tədbirə ASA (Azərbaycan), ASK (Azərbaycan), ATİB (Azərbaycan), TUSİAB (AZərbaycan), GEP-AFTP (Fransa) rəhbərləri də qatıla bilərlər.
 
Tərəfimizdən təşkil olunan tədbirlərdə, biznes-forum və dəyirmi masalarda bundan sonra da fəal iştirak etmək arzusunda olan bütün şirkət rəhbərləri və nümayəndələri mayın 1-dək elektron qeydiyyat blankını doldurmaqla Caspian European Club-a (Caspian Business Club) güzəştli şərtlərlə qəbul oluna bilərlər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol