• $
  • €
  • ₽
  • ₺
  • £

“edu.ann.az” elektron kitabxanasının təqdimatı davam edir - FОТО

“edu.ann.az”  elektron kitabxanasının təqdimatı davam edir - FОТО
15.04.2016 10:04
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə ANN.az xəbər portalının hazırladığı "edu.ann.az” layihəsinin təqdimatı davam edir. 11-15 aprel 2016-cı il tarixlərini əhatə edən təqdimat mərasimləri Yasamal, Xəzər, Nəsimi və Xətai rayonlarının məktəblərində baş tutub.

Layihənin məqsədi şagirdlərin ədəbiyyat dərslərində verilən sinifdən xaric qiraət vasitələri ilə təmin olunması və onların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil olunmasıdır. "edu.ann.az” saytı vasitəsi ilə 5-11-ci sinif şagirdləri onlara tapşırılan əlavə ədəbiyyat materiallarını kitabxanaya getmədən, qısa bir zamanda əldə edə biləcəklər.

Layihə çərçivəsində Yasamal rayonu 60 saylı tam orta məktəbdə 30 nəfər, Xəzər rayonu 322 saylı tam orta məktəbdə 160 nəfər, Nəsimi rayonu 46 saylı tam orta məktəbdə 140 nəfər və Xətai rayonu 59 saylı tam orta məktəbdə isə 60 nəfər müəllim və şagird kollektivinə "edu.ann.az” elektron kitab portalı haqqında məlumat verilib, şagirdlərin sualları cavablandırılıb, müəllimlərin saytla bağlı təklifləri dinlənilib.

"edu.ann.az” layihəsinin təqdimatında sözü gedən təhsil müəssisələrinin ümumilikdə 400 nəfərə yaxın heyəti iştirak edib.

Nəzərinizə çatdırırq ki, 2013-cü ildə "edu.ann.az” layihəsinin hazırlanması barəsində təkliflər Azərbaycan Respublikası Təhsil Nazirliyinə verilmiş və bəyənilərək layihənin elektron kitabxana formasında istifadəyə verilməsi qərara alınmışdır.

Xatırladaq ki, sözü gedən layihənin təqdimatına Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə 8 aprel 2016-cı il tarixində başlanılmışdır.

Onu da qeyd edək ki, "edu.ann.az” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin Bakı şəhərinin digər ümumtəhsil məktəblərində də baş tutması planlaşdırılır.
 











 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol