• $
  • €
  • ₽
  • ₺
  • £

Küçədə doğulmuş uşağın müəammalı ölümü

Küçədə doğulmuş uşağın müəammalı ölümü
26.04.2016 17:07
Qadın küçədə doğdu, uşaq öldü
 
Bakının Biləcəri qəsəbəsində tükürpədici olay baş verib. Hadisə yerində olan Baku.ws saytının müxbiri Hüseyn Səfərov ANN.Az-a açıqlamasında bildirib ki, Asəf Zeynallı küçəsində doğuş sancılarının başladığını hiss edən xanım kömək üçün yaxınlıqda yerləşən 15 saylı poliklinikaya müraciət edib. Hamilə qadınla birgə poliklinikaya getdiyini deyən müxbirin sözlərinə görə, orada həkimlər ona yardım etməkdən imtina ediblər.
 
 
 
Uşağın doğulduğu yer
 
Hadisə haqqında hazırladığı materialda H.Səfərov yazıb ki, poliklinika həkimləri tibb müəssisəsində doğuş üçün şəraitin olmadığını  qeyd edərək ona yaxınlıqdakı Dəmiryolu Xəstəxanasına getməli olduğunu bildirib. Bundan sonra çıxılmaz vəziyyətdə qalan qadın binanı tərk edib. Doğuş sancılarının gücləndiyini görən xanım xəstəxanaya çatmamış uşağını küçədə dünyaya gətirib. Hadisə onlarla insanın gözü qarşısında baş verib. Əraziyə təcili tibbi yardım çağrılsa da həkimlər gəlincə,  körpə tələf olub.
 
 
Poliklinika müxbirin dediyini təkzib etdi
 
ANN.Az-ın əməkdaşı məsələ ilə bağlı 15 saylı poliklinika ilə əlaqə saxlayıb. Poliklinikanın ultrasəs müayinə (USM) həkimi Təhminə Allahverdiyeva aprelin 23-ü poliklinikaya hamilə qadının gəldiyini təsdiq etsə də, hadisə yerində olan Baku.ws müxbirinin dediklərinin həqiqətə uyğun olmadığını deyib:
 
"Həmin xanımı növbədənkənar ultrasəs müayinədən keçirdik, 31 həftəlik hamilə idi, uşağın da ürək döyüntüsü yerində idi. Dedim ki, təcili bunu xəstəxanaya  aparın. Qızlara da dedim, təcili yardım çağırın. Onlar 3 nəfər qaraçı idilər, öz dillərində nəsə danışdılar və qaçdılar. Hətta xanım sancı ilə daxil olanda digər xəstə uzanmışdı. Onu qaldırıb bu qadını müayinə elədim, əvvəl heç bilmirdim hamilədir. Sancı tutması ilə otağa daxil oldu, əvvəl elə bildim böyrəyidir. Sonradan gördüm bunda açılış başlayıb, 5 dəqiqədən bir doğuş sancıları idi. Həyəcanlı vəziyyətdə idi. Adını, soyadını soruşdum, demədi. Biz də jurnalda onu naməlum xəstə kimi qeydiyyatdan keçirdik. Hətta təklif etdim taksi tutub yola salaq, öz dillərində nəsə danışdılar".
 
Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib. Həmin maddədə ixtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə 500 manat məbləğində cərimə müəyyən edilib.
 
Vüsal Əzizov
Pərvin Zeynal
 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol