• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün minik avtomobillərinin Bakıya buraxılış saatları dəyişir

Bu gün  minik avtomobillərinin Bakıya buraxılış saatları dəyişir
01.05.2016 09:59
Bu gün rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları dəyişir.
 
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 9 mart 2016-cı il tarixdə "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına etdiyi dəyişikliyə əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.
 
Qeyd edək ki, qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək saat 07:30-dan 20:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, saat 20:00-dan 7:30-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
 
Xatırladaq ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokoluna əsasən Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:00-dan 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 22:00-dan 7:00-a qədər şəhərə daxil ola bilərdi.  Qış rejimi qrafikinə əsasən isə oktyabrın 1-dən mayın 1-dək saat 07:00-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, saat 21:00-dan 07:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil ola bilərdi. ətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 9 mart 2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib və yeni rejim tətbiq olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol