• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Müasir gənclərimizə müsbət yanaşıram"

Nazir müavini: "Müasir gənclərimizə müsbət yanaşıram"
03.05.2016 15:04
"Aprel ayında cəbhədə baş verən məlum hadisələr zamanı Azərbaycan gənclərinin vətənpərvərlik ruhu özünü çox yüksək səviyyədə büruzə verdi. Bu da bir daha onlar haqqında yaşlıların düşüncələrinə cavab oldu".

"Report"un məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev ASAN radioda yayımlanan "Maraqdasan" verilişində "Yaşlı təbəqə gənclərdə nəyi bəyənmir" sualına cavabında deyib.

O bildirib ki, yaşlılar adətən gənclərin vaxtlarının çoxunun kafedə, əyləncədə, gəzintilərdə keçirdiklərini söyləyirlər: "Ancaq aprel hadisələri deməyə əsas verdi ki, indiki gənclərimizin mütləq əksəriyyəti vətənpərvərlik mövzusunda başqa cür olur. Bütün bunları nəzərə alıb, nazir müavini olaraq deyə bilərəm ki, müasir gənclərimizə müsbət yanaşıram. Neqativ halların olması danılmazdır, lakin yenə də onların arasında müsbətləri də axtarmaq lazımdır, çünki mütləq şəkildə müsbətlər var".

İ.Babayevin sözlərinə görə, Gənclər və İdman Nazirliyinə 160-a yaxın şəxs işə qəbul olunub ki, onlar da məhz gənclərdir: "Yəni, nazirliyin əməkdaşlarının 35 faizi məhz gənclərdir".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol