Yaşar İsakov Penitensiar xidmətin sözçüsü vəzifəsindən ayrıldı

O, fəaliyyətini müstəqil jurnalist kimi davam etdirəcəyini bildirib
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov öz istəyi ilə vəzifəsindən ayrılıb.
"Report”un xəbərinə görə, bu barədə Y.İsakov özü məlumat yayıb.
O, bundan sonra fəaliyyətini müstəqil jurnalist kimi davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Y.İsakov bu vəzifəyə 2 il əvvəl təyin edilmişdi.
www.ann.az
Son xəbərlər 
Daha çox 























