• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il qabiliyyət tələb edən ixtisaslara qəbulda yenilik ediləcək

Bu il qabiliyyət tələb edən ixtisaslara qəbulda yenilik ediləcək
12.05.2016 17:27
Bu il Azərbaycanda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul zamanı yeniliklər tətbiq ediləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbə müdiri Natiq Əliyevə APA-ya deyib ki, 2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq, seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin onlayn qeydiyyatı aparılacaq ki, bu da abituriyentlərə elektron xidmətdən istifadə edib rahat qeydiyyatdan keçməsinə imkan yaradır.

N. Əliyev qeyd edib ki, abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq, ümumi qaydada elektron ərizə doldurub təsdiqini təmin etdikdən sonra TQDK-nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər: "Abituriyentlər onlayn qeydiyyatdan keçdikdən sonra onların sayı müəyyənləşəcək və buna uyğun olaraq gün təyin edilərək qabiliyyət imtahanlarına cəlb ediləcəklər. Elektron qeydiyyat ali təhsil müəssisələrinin I qrup "memarlıq” ixtisası üzrə – aprelin 15-dən 30-dək, ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək aparılacaq. Qabiliyyət imtahanlarında yerinə yetirilməsi tələb olunan tapşırıqlar, qiymətləndirilmə meyarları və digər məlumatlar TQDK-nın vəsaitlərində verilmiş, həmçinin abituriyentləri məlumatlandırmaq üçün müvafiq ali təhsili müəssisələrində qabiliyyət imtahanları ilə əlaqədar məsləhət saatları keçiriləcək. Bu haqda ali təhsili müəssisələrinin internet saytlarında məlumat verilir”.

 

Şöbə müdiri əlavə edib ki, qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. Onun sözlərinə görə, imtahanda topladığı ballar TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent” jurnalının 2016-cı il tarixli 2-ci sayında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri "Abituriyent” jurnalının 3-cü sayında nəşr edilib.

 
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol