• $
  • €
  • ₽
  • ₺
  • £

Mayın 15-də ali məktəblərə qəbul imtahanı keçiriləcək

Mayın 15-də ali məktəblərə qəbul imtahanı keçiriləcək
12.05.2016 18:37
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
 
 
İmtahanda 14495 abituriyentin iştirakı nəzərdə tutulur. 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 13598 nəfər (II qrup üzrə 6394, III qrup üzrə 7204 nəfər) Azərbaycan bölməsinin, 897 nəfər (II qrup üzrə 465 nəfər, III qrup üzrə 432 nəfər) isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 6097 nəfəri (II qrup üzrə 4129 nəfər, III qrup üzrə 1968 nəfər) oğlanlar, 8398  nəfəri (II qrup üzrə 2730 nəfər, III qrup üzrə 5668 nəfər) isə qızlardır. 12004 nəfər orta ümumtəhsil məktəblərinin, 246 nəfər ali təhsil müəssisələrinin, 2245 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 42 abituriyent  xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-ci il, ən gənci isə 2000-ci il təvəllüdlüdür.

Bakı şəhərində 6392, Naxçıvanda 743, Gəncədə 1729, Sumqayıtda 730, Mingəçevirdə 646, Şəkidə 691, Ağcabədidə 711, Göyçayda 581, Şirvanda 515, Lənkəranda 1021, Xaçmazda isə 736 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanların idarə olunmasına 111 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1263 nəzarətçi-müəllim cəlb olunacaq.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol