• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 3 mindən çox uşaq məktəbə vaxtından tez gedəcək

Bakıda 3 mindən çox uşaq məktəbə vaxtından tez gedəcək
16.05.2016 12:29
Bakıda 2016-2017-ci tədris ili üzrə orta məktəbin I sinfinə qəbul üçün elektron qeydiyyatdan keçən uşaqların 3179 nəfəri 6 yaşı tamam olmayanlardır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb. Uşaqların I sinfə qəbulu prosesi sentyabrın 15-dək davam edəcək. Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 41066 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. 35050 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 31496 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3554 nəfəri isə lisey və gimnaziyaları seçib. (lisey və gimnaziyaların I sinfinə elektron qəbul yekunlaşıb).

İndiyədək olan rəsmi məlumata əsasən, 21176 nəfər oğlan, 18562 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 3179 nəfəri 6 yaşı tamam olmayanlardır.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na görə, 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar da müsahibə əsasında I sinfə qəbul oluna bilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol