• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dronların istifadəsinə icazə verildi

Azərbaycanda dronların istifadəsinə icazə verildi
17.05.2016 14:17
Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilib. 

APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Eyni zamanda, şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cəzalandırmaya səbəb olan halların sayı artırılıb.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Şəxsi məlumatların məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə əldə edilməsi də şəxsi həyatın toxunulmazlığını pozan hal kimi dəyərləndiriləcək.

Dəyişiklik edilməsində məqsəd şəxsi həyatın müdaxilədən qorunmasını təmin etməkdir.

Hazırkı Cinayət Məcəlləsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılmasına görə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalar tətbiq edilir.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni qəbul edilən qanunda qeyd edilib ki, eyni əməllər həm vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, həm də məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədilməsi cəzalandırmaya səbəb olacaq.

Bu hallara görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq ediləcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol