• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2020-ci ilədək şagirdləri planşetlə təmin edəcək

Azərbaycan 2020-ci ilədək şagirdləri planşetlə təmin edəcək
17.05.2016 17:08
 "Hazırda Azərbaycanda əhalinin 75%-i genişzolaqlı internetdən istifadə edir".

"Report" xəbər verir ki, bunu ADA Universitetində 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə keçirilən tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O qeyd edib ki, nazirlik İKT sahəsində kiçik və orta sahibkarlığın inkişafında maraqlıdır: "İndiyədək ölkədə həyata keçirilmiş layihələrin əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən reallaşdırılıb. Bu, bizim güclü kadr potensialımızı göstərir. Amma 10 il bundan əvvəl belə bir şərait olmayıb. Bu gün elektron vasitələrdən istifadə etməklə 15 dəqiqəyə yeni şirkət yaratmaq olar. Bu baxımdan Azərbaycanda yaradılan texnoparklar da mühüm rol oynayır".

Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında deyib ki, son 10 ildə informasiyanın həcmi iki dəfə artıb və bu informasiyaların əldə edilməsi üçün İKT-nin rolu böyükdür: "Azərbaycanda orta məktəblərin İKT ilə təmin edilməsi başa çatdırılıb. 2020-ci ildə bütün orta məktəb şagirdləri planşetlərlə təmin ediləcək. Həmçinin, məktəblər yüksəksürətli internetlə təmin olunacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol