• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi ləğv edilmədi

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi ləğv edilmədi
24.05.2016 10:35
Azərbaycanda dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin ikinci, yəni müsahibə mərhələsinin keçirilməsi ilə bağlı yeni dəyişikliklər təklif edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Dövlət qulluğu haqqında" qanuna edilməsi nəzərdə tutulan yeni dəyişikliklərdə öz əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin (dövlət qulluğuna qəbul müsabiqə əsasında - test imtahanı və müsahibə yolu ilə keçirilir) keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsas olacaq. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, bəzi deputatlar və ekspertlər müsabiqənin müsahibə mərhələsinin ləğv olunmasını təklif edirlər. Onların fikrincə, müsahibə mərhələsi hər zaman problemli və narazılıqların yaranmasına səbəb olur.

Qanuna edilən digər dəyişikliklər əsasında dövlət orqanının rəhbərinin təqdim olunmuş namizədin stajçı kimi qulluğa götürməsi müddəti də azaldılıb.

Hazırda dövlət opranının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək 1 il müddətində stajçı kimi qulluğa qəbul edir.

Yeni dəyişikliklərdə isə bu müddətin 6 ay olması təklif edilib.
Bundan başqa, tövsiyə olduqda stajçının işə götürülməsi üçün müəyyən edilən sınaq müddəti də azaldılıb.

Hazırkı qanuna görə, dövlət opranı rəhbərinin təyin etdiyi kuratorun tövsiyəsi (qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa) müsbət olarsa, onun əmək müqaviləsi bağlamaq yolu ilə 6 ay müddətinə sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Yeni təkliflərə görə isə tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul ediləcək.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol