• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov Ukrayna hakimiyyətinə müraciət edəcək - BƏYANAT

Əflatun Amaşov Ukrayna hakimiyyətinə müraciət edəcək - BƏYANAT
26.05.2016 22:50
Azərbaycan Mətbuat Şurası Ukraynanın "Mirotvorets” Tədqiqatlar Mərkəzinin öz saytında yerli və xarici jurnalistləri terrorizmə dəstəkdə ittiham etməsi və onların fərdi məlumatlarını açıqlaması ilə bağlı bəyanat yayıb.
 
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Ukraynanın "Mirotvorets” Tədqiqatlar Mərkəzi öz saytında davamlı olaraq yerli və xarici jurnalistləri "Donetsk Xalq Respublikası” (DXR) və "Luqansk Xalıq Respublikası” (LXR) adlanan quruluşlarla əməkdaşlıqda günahlandıraraq, onları terrorizmə dəstəkdə ittiham edir və fərdi məlumatlarını açıqlayır.
 
"Bu günə kimi dünyanın aparıcı KİV-inin nümayəndələri də daxil olmaqla, 5 minə yaxın jurnalist barədə informasiya açıqlanıb.
 
"Mirotvorets” hesab edir ki, həmin jurnalistlər "DXR” və "LXR” ərazisinə səfər etməklə, həmin quruluşlarda akkreditasiyadan keçməklə Ukraynanın ərazi bütövlüyünü təhdid edir, separatizmin və terrorçuluğun genişlənməsinə xidmət göstərirlər.
 
Bir müddət öncə mərkəz tərəfindən açıqlanmış yeni siyahıda müxtəlif ölkələrdən olan 293 nəfər jurnalistin, o cümlədən Azərbaycan KİV-ini təmsil edən 11 nəfərin adı və fərdi məlumatları əks etdirilib.
 
Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların fəaliyyətində Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək, qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar olunmayıb. O da müəyyən edilib ki, həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən "Mirotvorets” təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət göstərməsi amilini rəhbər tutub.
 
Mətbuat Şurası bəyan edir ki, "Mirotvorets” təşkilatının çoxlu sayda jurnalistin həyat və təhlükəsizliyini təhdid edən bu tipli fəaliyyəti beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsipinə tamamilə ziddir. Jurnalistin qanunlar çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq cəhdi yolverilməszdir və heç bir sağlam məntiqlə izah oluna bilməz.
 
Mətbuat Şurası jurnalistlərin həyatını təhlükə altına alan bu tipli fəaliyyətə son qoyulması tələbi ilə Ukrayna hakimiyyətinə və bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcək”, - deyə bəyanatda vurğulanır.
 
Qeyd edək ki, Azərbaycan KİV-ini təmsil edən 11 nəfər arasında APA-nın Rusiyadakı müxbiri Fərid Əkbərovun da adı var.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol