• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin hərbi attaşesi ADU-da - FOTOLAR

Türkiyənin hərbi attaşesi ADU-da - FOTOLAR
27.05.2016 22:29
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomatlar klubunun sədri Ramin Həbibzadənin təşkilatçılığı ilə Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurdun tələblərlə görüşü baş tutdu.
 
General İhsan Başbozqurdu qəbul edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. Universitetin yaranma tarixi haqqında qonağa məlumat verən professor Dünyamin Yunusov burada fəaliyyət göstərən fakültələr, dil mərkəzləri barədə danışdı. O, ADU-da 6000-dən çox tələbənin təhsil aldığını, 22 dilin tədris olunduğunu qonağın diqqətinə çatdırdı. Bundan başqa, universitetdə fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi haqqında danışan D.Yunusov buranın nəinki universitet tələbələrinə, eyni zamanda hər kəsə açıq olduğunu sözlərinə əlavə etdi. O, kompleksdə digər mərkəzlərlə yanaşı, Türk xalqlarının folklor mərkəzinin də fəaliyyətindən danışdı. Universitetin beynəlxalq əlaqələrinə toxunan professor Dünyamin Yunusov ADU-nun bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq etdiyini vurğuladı. O, bu yaxınlarda Diplomatlar klubunun təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunla görüşdüyünü xatırlatdı. Klubun "Səfirdən gələcək səfirlərə” layihəsi çərçivəsində müxtəlif ölkələrin səfirləri ilə silsilə görüşlər təşkil etdiyini vurğulayan rektor bunun universitet rəhbərliyi tərəfindən dəstəkləndiyini sözlərinə əlavə etdi. 

Səmimi qəbula görə təşəkkür edən İhsan Başbozqurd ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. Azərbaycan və Türkiyəni bir ananın iki oğlu kimi qiymətləndirən qonaq ulu babalarının azərbaycanlı olduğunu qeyd etdi. O, iki qardaş ölkənin nəinki hərbi sahədə, eyni zamanda müxtəlif sahələrdə də bir-birinə hər zaman dəstək olduğunu sözlərinə əlavə etdi. Aprel hadisələrinə toxunan İhsan Başbozqurd Azərbaycan ordusunun düşmən qarşısında yenilməz olduğunu sübut etdiyini vurğuladı. 

Daha sonra qonaq universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova öz hədiyyəsini təqdim etdi.

Görüşdən sonra Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurd universitet tələbələri ilə görüşdü. Tələbələri salamlayan İhsan Başbozqurd dəvət üçün universitet rəhbərliyi başda olmaqla görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etdi. 

"Azərbaycan-Türkiyə hərbi əlaqələri” mövzusunda çıxış edən İ. Başbozqurd Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə dayandığını bildirdi və iki xalqın hər zaman bir-birinə dəstək olduğunu vurğuladı. O, hərbi əlaqələrdən danışaraq Azərbaycan silahlı qüvvələrinin öz bölgəsində güclü bir orduya çevrildiyini qeyd etdi. Tarixə nəzər salan general 1992-ci ildən Azərbaycanın Ümummili lideri Heydər Əliyevin Türkiyə ilə hərbi sahədə ilk müqaviləni imzaladığını bildirdi. O, iki ölkə arasında imzalanmış müqavilələrin hərbi əməkdaşlığın müxtəlif sahələrini - hərbi təhsil, hərbi yardım və digər sahələri əhatə etdiyini vurğuladı. Hərbi hava qüvvələri sahəsində 2013-cü ildə Azərbaycan-Türkiyə arasında müqavilə imzalandığını bildirən general İhsan Başbozqurd 2014-cü ildən etibarən Hərbi Hava Qüvvələri sahəsində bir sıra təlimlərin keçirildiyini sözlərinə əlavə etdi. Azərbaycanla Türkiyə arasında quru qoşunları sahəsində olan əməkdaşlıqdan söz açan general İ.Başbozqurd bu əlaqələrin 1918-ci ildə Nuri Paşanın Azərbaycana dəvət olunması ilə əsasının qoyulduğunu qeyd etdi.

Görüş çərçivəsində Türkiyənin hərbi attaşesi, general İhsan Başbozqurd "Regionda Türkiyənin hərbi potensialı”, "Hərbi diplomatiyada çətinliklər”, "Hərbi diplomatiya nədir?” mövzularında da tələbələrə məlumat verdi.

Sonra Diplomatlar klubunun sədri Ramin Həbibzadə qonağa dəvəti qəbul edib gəldiyi üçün tələbələr adından təşəkkürünü bildirdi. 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılmasından sonra xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.
 






www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol