• $
  • €
  • ₽
  • ₺
  • £

Avropalı mütəxəssis Arif Alışanovu sərt tənqid etdi

Avropalı mütəxəssis Arif Alışanovu sərt tənqid etdi
02.06.2016 17:25
AzTV rəhbərinin məşhur telejurnalistə qarşı iddiaları Avropa ictimaiyyətinin gündəmindədir. Avropalı ekspert beynəlxalq tədbirdə Arif Alışanovun addımını sərt tənqid edib.

"Əgər sən televiziya rəhbəri kimi cəmiyyətdə mövqe tutursansa, deməli demokratik cəmiyyətdə tənqidlərlə üzləşməyə, onları eşitməyə hazır olan şəxssən. Demokratik cəmiyyətdə hər kəsin ifadə azadlıqları var" - bu sözləri Avropa Şurası və Avropa Birliyinin "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində diffamasiyaya həsr olunan Dəyirmi Masaya qatılan media hüququ eksperti Gavin Millar, telekommunikasiya professoru, jurnalist Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasına münasibət bildirərkən deyib. "Sputnik.az" xəbər verir ki, ekspert bu dəfə Avropa ictimaiyyətinin diqqətinin AzTV-nin sədri Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı qaldırdığı məhkəmə iddiasına yönəldiyini deyib.

Azərbaycanda jurnalistlərlə hakimiyyət nümayəndələri arasında baş verən hər bir münaqişəyə həssas yanaşan Avropa ictimaiyyəti, görünür Qulu Məhərrəmli ilə bağlı yaranmış vəziyyətin üstündən səthi keçməyəcək. Beynəlxalq aləmin gündəmində bu dəfə AzTV şefinin müxalif mövqedə olan telejurnalistə qarşı məhkəmə iddiası dayanır. Avropa Şurasının eksperti Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiası qaldırmış AzTV-nin sədri Arif Alışanovu nəzərdə tutaraq bildirib ki, vəzifədəki şəxslər belə məsələləri məhkəmə mübahisəsinin predmeti etməkdən çəkinməlidirlər.

"Vəzifədəki şəxslər öz vəzifələrindən yararlanaraq, medianın da gücü ilə ona qarşı belə yanaşmanın nədən qaynaqlandığını aydınlaşdırmağa çalışmalıdırlar", — deyə Millar bildirib.

Bu ilin fevralında Q. Məhərrəmli Azərbaycanda teleyayıma başlamanın 60 illiyinə dair müsahibəsində AzTV və onun rəhbəri barədə tənqidi fikirlər səsləndirib. A. Alışanov da bu fikirləri özünə qarşı təhqir və böhtan kimi dəyərləndirərək telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmə iddiası irəli sürüb.

Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-in 147 və 148-ci (təhqir və böhtan) maddələriylə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. O, digər iddia ərizəsində Qulu Məhərrəmlidən onun haqqında səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.

Birinci iddiaya Yasamal rayon Məhkəməsində baxılır. Yasamal Rayon Məhkəməsinin sözügedən iş üzrə yekun qərarı çıxarılana qədər 100 minlik iddia əsasında proses dayandırılıb.

Qeyd edək ki, "Diffamasiya və ifadə azadlığı sahəsində Avropa təcrübəsi" mövzusunda keçirilən beynəlxalq konfransda Prezidentin köməkçisi Əli Həsənov deyib ki, 2009-cu ildən bəri Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin (böhtan və təhqir) tətbiqinə moratorium qoyulub və heç kim bu maddələrə görə cinayət məsuliyyətinə cəlb edilmir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol