• $
  • €
  • ₽
  • ₺
  • £

Türkdilli ölkələrin şagirdləri üçün yeni fənnin tədrisi təklif olunur

Türkdilli ölkələrin şagirdləri üçün yeni fənnin tədrisi təklif olunur
04.06.2016 14:05

"Türk dünyası ölkələrindəki orta məktəblərdə ortaq türk tarixi fənni keçirilməlidir və ölkələr tərəfindən belə bir təklif də irəli sürülüb. Hər halda biz Azərbaycanda və Türkiyədə bunu edəcəyik".

 

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, türk dünyası ölkələrinin şagirdləri üçün ortaq türk tarixinin yazılması nəzərdə tutulur. Yazılacaq vəsait tədris zamanı əlavə vəsait kimi deyil, dərslik kimi istifadə olunacaq: "Ortaq türk tarixi hazırlandıqdan sonra onu sosial şəbəkədə yayıb təkliflərin hamısını nəzərə alacağıq, daha sonra şagirdlər üçün ortaq türk tarixi üzrə dərslik yazacağıq".

Y.Mahmudov bildirib ki, ortaq türk tarixi dərsliyinin hansı siniflər olacağını müəyyənləşdirmək üçün ümumi məxrəcə gəlmək lazımdır.

İnstitutun direktoru qeyd edib ki, Türkiyədə və Azərbaycandakı siniflərdə dərsliklərin bölgüsü eyni deyil. Ona görə də ortaq türk tarixi dərsliyinin hansı siniflər üzrə tədris olunacağı ilə bağlı ölkələrin Təhsil nazirlikləri vasitəsilə razılığa gəlinməlidir: "Azərbaycanda tarixin tədrisinə 5-ci sinifdən başlanılır. Amma Türkiyədə, eləcə də digər türkdilli ölkələrdə belə deyil. Buna görə də ümumi razılığa gəlməliyik".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol