• $
  • €
  • ₽
  • ₺
  • £

​Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərdi

​Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərdi
04.06.2016 15:27

Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın (Kaliforniya ştatı) Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru Lütfi Zadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) məktub ünvanlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, məktubda bu ilin 22-25 may tarixlərində Kaliforniyada keçirilən və dünyanın müxtəlif ölkələrinin alimlərini bir araya gətirən "WCONSC 2016 : World Conference on Soft Computing” adlı beynəlxalq konfransa verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə olunur.

Lütfi Zadə qeyd edib ki, kommunikasiya və yüksək texnologiyalar müasir cəmiyyətin mühüm hissəsini təşkil edir və bu texnologiyalarla ayaqlaşmaq Azərbaycan üçün olduqca vacibdir: "Bilirəm ki, bu sahəni yüksək prioritet təyin etməklə, siz Azərbaycanı regionda rabitə və yüksək texnologiyalar sahəsində təhsil və elmi tədqiqatlar fəaliyyəti üçün mərkəzə çevirəcəksiniz. Konfransa verdiyiniz dəstəyə görə bir daha təşəkkürümü bildirirəm”.

Alim, eyni zamanda yumşaq hesablamalara (Soft computing) aid konfransa əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Ümumiyyətlə, "World Conference on Soft Computing” adı altında təşkil edilən beynəlxalq konfrans süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi tədqiqatlarına həsr olunur.

2011-ci ildən keçirilən konfransı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maliyyələşdirir. Konfransın mövzularına qeyri-səlis çoxluqlar, qeyri-səlis riyaziyyat, qeyri-səlis məntiq, qeyri-səlis ədədlər, qeyri-səlis sistemlərin neyro-qeyri-səlis modeli, qeyri-səlis nəzəriyyənin sənaye tətbiqləri, qeyri-səlis öyrənmə, hüquq-məhkəmədə qeyri-səlis məntiq, qeyri-səlis reqressiya, yumşaq hesablamalar nəzəriyyəsi və s. daxildir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol