• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: "Qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradılıb"

Mübariz Qurbanlı: "Qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradılıb"
07.06.2016 11:42
"Formula-1" yarışlarında iştirak üçün Azərbaycana gələcək qonaqların öz dini ayinlərini  həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb.

ANN.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradılıb: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu tədbirlərə müəyyən hazırlıq işləri görüb. Azərbaycanda məscidlər,  kilsə və sinaqoqlar birgə fəaliyyət göstərirlər. Biz həm sinaqoq, həm kilsə, həm də məscidlərdə müəyyən tədbirlər həyata keçirmişik. İbadət məkanlarında şərait olsa da, gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların öz dini ayinlərini  həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb, şərait yaradılıb”.

Qeyd edək ki, bu gün Gənclər arasında milli-mənəvi  dəyərlərin təbliğ edilməsi və dini radilakizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə Tədbirlər Planına uyğun olaraq, "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol