• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda torpaq sürüşməsi davam edir: 12 ailə köçürüldü

İsmayıllıda torpaq sürüşməsi davam edir: 12 ailə köçürüldü
09.06.2016 10:00
 İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi davam edir.

"Report"un Şirvan bürosunun xəbərinə görə, sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəldiyindən, bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub. 

Kənd sakinlərinin sözlərinə görə, kəndin üst hissəsində təqribən 50 hektardan çox dağlıq və meşəlik ərazidə olan torpaq qatında dərin çatlar yaranıb. Sakinlər hesab edir ki, yağışlar davam edərsə, hər an qəzalı vəziyyətə düşən evlərin sayı arta bilər. Uzun illərdir  kənddə yaşayan sakinlər, ərazilərdə torpaq sürüşməsinin bu həddə çatmasının ilk dəfə olduğunu deyirlər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçün təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev "Report"a bildirib ki, 2007-ci ildən bu günə qədər İsmayıllı rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda sözü gedən qəzalı evlərdən 6 ev tikilib və 2 evin tikilməsi barədə qərar qəbul olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol