• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yol qəzalarının ƏSAS SƏBƏBLƏRİ

Azərbaycanda yol qəzalarının ƏSAS SƏBƏBLƏRİ
11.06.2016 12:57
Azərbaycanda 2016-cı ilin ötən 5 ayı ərzində baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açlıqlanıb.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,3%-i (281 hadisə, 91 ölüm, 311 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,7%-i (181 hadisə, 74 ölüm, 159 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,1%-i (96 hadisə, 21 ölüm, 127 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (14 hadisə, 3 ölüm, 20 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 42,7%-ni (313) piyadaların vurulması təşkil edib, nəticədə 106 piyada həlak olub, 229-u yaralanıb. 13 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər uşaq və yeniyetmə həlak olub, 61 nəfər yaralanıb.

Qeyd edək ki, ötən 5 ay ərzində respublika ərazisində 732 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 242 nəfər həlak olub, 797 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 119 fakt (14%), həlak olanların sayı 86 nəfər (26,2%), yaralananların sayı 99 nəfər (11%) azalıb.

Bakı şəhəri ərazisində 268 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 58 nəfər həlak olub, 290 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 66 fakt (19,8%), 58 nəfər (41,4%), 290 nəfər (16,4 %) azalıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol