• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Xaçınçayı bu vəziyyətə saldılar – FOTO

Ermənilər Xaçınçayı bu vəziyyətə saldılar – FOTO
13.06.2016 09:50
Erməni işğalı altında olan Xaçınçay su anbarının daşması nəticəsində Xaçınçaya su gəlib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, torpaqların işğalından sonra ermənilərin qarşısını kəsdiyi çaylara su buraxılıb.

Tərtərin Hüsənli kənd sakini Təvəkkül Məmmədov açıqlamasında bildirib ki, ermənilər Xaçınçay çayına sonuncu dəfə 8 il əvvəl su buraxıb.

Son günlər dağ və dağətəyi rayonlara həddindən artıq yağış düşməsi sel yaradıb.

Cəbhəyanı kənd sakinlərinin dediklərinə görə, ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar güclü axın nəticəsində daşlara dəyib partlayır. 

Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır.

Qeyd edək ki, Xaçınçayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km2-dir. Çay Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gəlir. 

Çayın üzərində 1964-cü ildə Xaçınçay su anbarı tikilib. 1993-cü ildən Ağdam rayonun ermənilər tərəfində işğal etməsi nəticəsində Azərbaycan tərəfdən Xaçınçay çayı və Xaçınçay su anbarının Azərbaycan tərəfindən istismarı mümkün deyil.







www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol