• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin növbədənkənar plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar plenar iclası başlayıb
14.06.2016 12:14
Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbədənkənar plenar iclası başlayıb.
 
APA-nın məlumatına görə, iclas Dövlət Himninin oxunması ilə açılıb. Gündəliyə 28 məsələ daxil edilib.
 
Gündəlikdə "Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun layihəsi (üçüncü oxunuş), "Elm haqqında” qanun layihəsi (üçüncü oxunuş), "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə, Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında”, "Prokurorluq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, "Toxumçuluq haqqında”, "Taxıl haqqında”, "Çayçılıq haqqında”, "Fitosanitar nəzarəti haqqında”, "Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, "Prokurorluq haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Notariat haqqında” və  "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri yer alıb. 
 
Gündəliyə "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında”, "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında”, "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” sazişlərin, "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında elektrik enerjisi satışı haqqında”, "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” çərçivə sazişlərinin, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi, Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə  qanun layihələri də daxil edilib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol