• $
  • €
  • ₽
  • ₺
  • £

"...Yoruldum, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən" - ANS-in jurnalisti

"...Yoruldum, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən" - ANS-in jurnalisti
16.06.2016 22:40
"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim”.

"Qafqazinfo”nun məlumatına görə, bu sözləri tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədəki şəxsi hesabında yazıb. Onun bu paylaşımı media nümayəndələri arasında böyük müzakirəyə səbəb olub. Bu məsələyə bir çox qələm adamı münasibət bildirərək Ləman Ələşrəfqızının sözügedən paylaşımla ANS-dən getməyinə işarə vurduğunu qeyd ediblər. Amma jurnalistin özü kanaldan ayrılması xəbərini nə təsdiq, nə də təkzib edib.

Ləman Ələşrəfqızı qeydində bildirib ki, haqsızlıqdan və ədalətsizlikdən yorulub:

"Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”

Xatırladaq ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar. Kanalın digər tanınmış simaları Səbinə Heydərova, Sevda Həsənova (Böyük Seva) və Natiq Nailəoğlunun da işdən çıxması haqda mediada xəbərlər yayılsa da, ANS bu xəbərləri təkzib edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol