Bakıda ardıcıl üç gün atəşfəşanlıq olacaq

İyunun 17-19-da "Forumal-1” yarışları ilə əlaqədar Dənizkənarı Bulvarda möhtəşəm atəşfəşanlıq olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a bildirib ki, tədbir dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışından sonra baş tutacaq.
Onun sözlərinə görə, paytaxt sakinləri atəşfəşanlığı ardıcıl olaraq üç gün saat 23:00-da izləyə biləcəklər.
Qeyd edək ki, "Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək. "Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























