• $
  • €
  • ₽
  • ₺
  • £

DSK namizəd İqbal Ağazadə ilə bağlı BƏYANAT verdi

DSK namizəd İqbal Ağazadə ilə bağlı BƏYANAT verdi
18.06.2016 15:05
Milli Məclisə təkrar seçkilərin keçirildiyi 90 saylı Ağdaş seçki dairəsi üzrə Dairə Seçki Komissiyası bəyanatla çıxış edib.
 
APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilmiş təkrar seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi məqsədilə seçicilər, çoxsaylı müşahidəçilər və seçki prosesinin digər iştirakçıları üçün seçki qanunvericiliyində nəzərdə tutulmuş bütün imkanlar yaradılıb: "Hazırda seçki prosesinin ümumən qanunvericiliyə uyğun davam etməsinə baxmayaraq, bəzi hallarda özlərini KİV fəaliyyəti ilə məşğul olan qurumların nümayəndələri kimi təqdim edən, səlahiyyəti bəlli olmayan şəxslər seçicilərin iradəsinin azad ifadə olunmasına, seçki komissiyalarının, müşahidəçilərin və digər səlahiyyətli şəxslərin fəaliyyətinin normal həyata keçirilməsinə mane olan hallara yol verirlər. Bu hərəkətlər namizəd İqbal Ağazadə üçün qanunsuz üstünlük və əlverişli şərait yaratmağa yönəlib. Həmin şəxslər tərəfindən KİV nümayəndələrinin adından sui-istifadə  hallarına yol verilib, məntəqə seçki komissiyalarının işinə müdaxiləyə, habelə ayrı-ayrı məntəqələrdə və onların qarşısında qarışıqlıqlar salmağa və qarşıdurma yaratmağa açıq cəhdlər edilib. Bununla da seçki hüququnun həyata keçirilməsinə maneələr törədilib və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulub”.
 
Bəyanatda deyilir ki, 19 saylı seçki məntəqəsində iki nəfər tərəfindən oxşar əməllərə yol verildiyindən bu hallar da rəsmiləşdirilərək, onların məntəqədən kənarlaşdırılması və səsvermə prosesinin bərpa olunması üçün qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb: "Bildiririk ki, ölkəmizdə keçirilən seçkilərin beynəlxalq standart və normalara cavab verməsi üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini və statusunu müəyyən etməyə imkan verən fotoşəkilli lövhəciyi olmalı, öz fəaliyyətlərini Seçki Məcəlləsinin 43-cü maddəsinin tələblərinə uyğun qurmalı olan KİV nümayəndələri də daxil olmaqla, seçki prosesinin bütün iştirakçıları həmin Məcəllənin 2.2-ci, 2.6.7-ci, 2.6.11-ci, 2.6.13-cü, 2.6.16-cı, 43-cü maddələrinə əsasən seçicilərin öz iradələrini sərbəst və azad ifadə olunmasına mane olma, seçki komissiyalarının fəaliyyətinə əsassız müdaxilə etmə, səsvermə və səslərin sayılması prosesini pozma, hədə-qorxu, təzyiq, zorakılıq, böhtan xarakterli hərəkətlərə yol vermə, seçiciləri qanunsuz yollarla ələ alma və s. bu kimi qanunsuz fəaliyyətə yol verməməlidirlər. İnanırıq ki, qeyd edilən tələblərə uyğun qurulmuş fəaliyyət seçki təcrübəsinin daha da təkmilləşdirməsinə öz müsbət  töhfələrini vermiş olacaq”.  


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol