• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı tələbələr türk dilini öyrənəcəklər - FOTO

Amerikalı tələbələr türk dilini öyrənəcəklər - FOTO
20.06.2016 21:00
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə türk dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş amerikalı tələbələr üçün yay məktəbi fəaliyyət göstərir. 

Yay məktəbinin tələbələri ilə görüşən ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova onları universitetdə görməkdən şad olduğunu dilə gətirdi. O, Dillər Universitetinin bu proqrama ev sahibliyi etdiyini söylədi və qonaqları tələbələrə təqdim etdi. 

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç öz çıxışında amerikalı tələbələrin Azərbaycanı sevəcəklərinə və ölkəmiz haqqında müəyyən məlumatlar əldə edəcəklərinə əminliyini ifadə etdi. Ümummilli lider Heydər Əliyevin "Bir millət-iki dövlət” konsepsiyasını xatırlayan rektor Türkiyə və Azərbaycan mədəniyyətinin bir-birinə yaxın olduğunu bildirdi. O, ADU-nun müxtəlif dilləri tədris edən ali təhsil müəssisəsi kimi fəaliyyət göstərdiyini qeyd etdi. Rektor çıxışının sonunda ABŞ səfirliyinə bu proqramı dəstəklədiklərinə görə təşəkkür etdi və tələbələrə uğurlar arzuladı. 

Digər çıxış edənlər Önəmli Dil Təqaüdü (ÖDT) Proqramının 2009-cu ildən etibarən fəaliyyət göstərdiyini və buna əsasən türk dilini öyrənməklə yanaşı Azərbaycan haqqında müəyyən bilgilərə sahib olacaqlarını, hər hansı çətinlik yarandıqda onlara köməklik göstərəcəklərini söylədilər.  

Sonda professor Jalə Qəribova Azərbaycan və Türkiyə haqqında məlumatları özündə əks etdirən tədqimatla çıxış etdi. Azərbaycanın sahəsi, əhalisi, dini, paytaxtı haqqında danışan professor ölkəmizin bir çox beynəlxalq yarışlara, o cümlədən "Eurovision 2012” mahnı müsabiqəsinə, "Bakı-2015” İlk Avropa oyunlarına və Formula 1 yarışına ev sahibliyi etdiyini vurğuladı. Azərbaycan və türk dillərinin türk dil qrupunun oğuz dil ailəsinə mənsub olduğunu söyləyən prorektor bu iki ölkənin dillərində oxşarlıqlardan söz açdı. O, Türkiyə və Azərbaycanın tarixi, həmçinin etnogenetik elementlərin dinamikasından, iki ölkə arasında mövcud olan siyasi, mədəni, iqtisadi əlaqələrdən danışdı,  eyni zamanda Azərbaycan və türk dilində əlifba fərqləri, qardaş ölkələrin musiqisinin, mətbəxinin oxşar və fərqli cəhətləri, dini bayramları haqqında ətraflı məlumat verdi. 

Qeyd edək ki, 32 nəfər amerikalı tələbə türk dilini 5 qrupda 4 səviyyə üzrə öyrənəcək və bugündən başlayan dərslər avqustun 15-ə kimi davam edəcək. 
 
 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol