• $
  • €
  • ₽
  • ₺
  • £

93 yaşlı “Əməkdar müəllim” dünyasını dəyişdi

93 yaşlı “Əməkdar müəllim” dünyasını dəyişdi
22.06.2016 10:51
Azərbaycanın "Əməkdar müəllim”i dünyasını dəyişib.

"Report” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya fakültəsinin "Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əbdülməcid Seyidrza oğlu Rzayev 93 yaşında vəfat edib.

Qeyd edək ki, Ə.Rzayev 1923-cü il aprelin 15-də Qusar şəhərində anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Darülfünün (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirib, aspiranturaya daxil olub. 1963-cü ildə "Qlikol efirləri və naften turşularının emalı” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1952-ci ildə Neft Daşlarının metal konstruksiyalarının korroziyadan qorunması məqsədi ilə yaradılmış Bakı Lak Boya İstehsalat Birliyinə işə göndərilib. Burada şöbə müdiri, baş mühəndis vəzifəsində işləyib. 1955-1961-cı illər Bakı Lak Boya İstehsalat Birliyində direktor vəzifəsində çalışıb. 1961-ci ildə akademik Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdirinin müavini, 1963-1966-cı illər Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi, 1966-1972-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Üzvi kimya və kimya texnologiyası” kafedrasının müdiri, 1972-ci ildən ADPU-nun "Üzvi kimya və kimya texnologiyası” kafedrasının dosenti işləyib.
Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə, "Qırmızı Ulduz” və "I dərəcəli Böyük Vətən müharibəsi” ordenləri ilə təltif olunub.
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülüb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol