• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağ yəhudiləri" dini icmasının keçmiş sədri evinə basqınla bağlı məhkəmədə ifadə verib

"Dağ yəhudiləri" dini icmasının keçmiş sədri evinə basqınla bağlı məhkəmədə ifadə verib
23.06.2016 18:40
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının sədrinin evindən quldurluqla külli miqdarda pul əldə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş şəxs qismində "Dağ yəhudiləri" dini icmasının sədri olmuş Boris Simanduyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərin üzlərində maska olub: "Başıma, sifətimə yumruqla vurdular. Pulların yerini soruşdular. Liza qışqırmaq istəyəndə onu bıçaqla vurdular. Əl-ayağımızı bağladılar. Pulları, qızılları götürdülər. O pulların çox hissəsi xaricdə yaşayan övladlarıma məxsus idi”.
 
 
Təqsirləndirilən şəxslərdən Eldar Avadyayev isə ifadəsində dağ yəhudisi olduğunu deyib. Bildirib ki, uzun müddətdir Qubada "Dağ Yəhudiləri” Dini İcmasının rəhbəri olan Boris Simanduyev müxtəlif ölkələrin dağ yəhudilərinin sinaqoqa etdikləri maddi yardımları mənimsəyir: "Ona görə də qərara gəldim ki, pulları Borisin əlindən alım”.
 
İttihama görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev ilə əlbir olublar.
 
Onlar balta və bıçaqla silahlanaraq tanınmamaları üçün maska taxıb, həmin gün səhər saat 07 radələrində Xalid Seyidovun "İnfiniti" markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər.
 
Onlar evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. L.Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb. Bundan sonra özləri ilə gətirdikləri skotçla hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar. E.Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alaraq Sinaqoqa gedib. Amma bir neçə dəfə cəhd etməsinə baxmayaraq oranın qapısını aça bilməyib. Eldar Sinaqoqdakı pulu götürə bilməyib təkrar evə qayıdıb. Eldar evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min ABŞ dollarlı, 91 600 manat və 28 min rublu və müxtəlif sayda qızıl-zinət əşyalarını götürüb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol