• $
  • €
  • ₽
  • ₺
  • £

ADU növbəti ictimai nəzarət üçün “Açıq qapı” tendensiyasını davam etdirir - FOTOLAR

ADU növbəti ictimai nəzarət üçün “Açıq qapı” tendensiyasını davam etdirir - FOTOLAR
29.06.2016 23:36
İyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən universitetin İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün növbəti monitorinq  keçirildi.
 
2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Əlavə təhsil fakültələrində keçirilən monitorinqdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, İctimai Nəzarət Şurasının üzvləri, QHT nümayəndələri, KİV təmsilçiləri, təhsil ekspertləri və valideynlər iştirak etdilər. Onların iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirildi, təhsil ekspertləri və tələbələr imtahan prosesinin gedişi ilə əlaqədar öz fikirlərini media nümayəndələri ilə bölüşdülər. Monitorinq zamanı, həmçinin universitetdə sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün qoyulan müvafiq qutular da nümayəndələrin iştirakı ilə açıldı.

İzləmə prosesindən sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov başda olmaqla qonaqlar monitorinqin nəticələrini müzakirə etmək məqsədi ilə dəyirmi masa ətrafına toplaşdılar. Onları yenidən ADU-da görməkdən şad olduğunu bildirən professor Dünyamin Yunusov  imtahan prosesinin müvafiq qaydalara uyğun təşkil edilməsi, tədrisin keyfiyyətinə nəzarət, fənlər üzrə imtahanların keçirilməsi və bu zaman obyektivliyin, qərəzsizliyin təmin olunması üçün lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. O, birgə fəaliyyətin obyektivliyin və şəffaflığın genişlənməsinə, yarana biləcək neqativ halların aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdıraraq imtahan prosesinin gedişatına monitorinqin tətbiq edilməsinin vacibliyini vurğuladı. 

Sonra çıxış edənlər şəffaflıq və obyektivlik əsas götürülərək imtahan prosesinin müvafiq qaydalara uyğun baş tutduğunu, monitorinqin uğurla həyata keçirildiyini və nəticələrdən razı qaldıqlarını qeyd etdilər. Onlar, eyni zamanda səsləndirilən bir sıra təkliflər haqqında fikir mübadiləsi apardılar.

Xatırladaq ki, 01 iyun 2016-cı il tarixindən Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verilib. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yusunov 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə mayın 6-da 33 saylı əmr imzalayıb. Yay imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Qeyd edək ki, ADU-da imtahan yazı yoxlama otaqlarına nəzarət kameraları da quraşdırılıb.
 














www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol