• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ yenidən “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasını əldə edib

ARGTMŞ yenidən “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasını əldə edib
30.06.2016 13:38
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yenidən "Avropa Könüllülük Xidməti”nin 2016-2019-cı illər üzrə akkreditasiyasından keçib. 

Akkreditasiya əldə etdikdən sonra ARGTMŞ rəsmi "göndərən” və "qəbul edən” təşkilat olaraq Azərbaycan gənclərinin Avropa Könüllülük Xidmətində iştirakını təmin etməkdə davam edir. Bununla da, gənclər öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, həmçinin öz ölkəsini Avropa ölkələrində tanıtmaq şansı əldə edir. Layihənin sonunda könüllülər qazandıqları təcrübəni təsdiq edən "Youthpass” sertifikatı ilə təltif olunur.

"Avropa Könüllülük Xidməti” 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş "Erasmus+” Proqramının əsas istiqamətlərindən biridir. "Avropa Könüllülük Xidməti” 18-30 yaşlı gənclərin Avropa ölkələrində 2 həftədən 12 aya qədər müddətdə müxtəlif layihələrdə könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir. Proqramda iştirak etmək üçün hər bir təşkilat "Avropa Könüllülük Xidməti”nin akkreditasiyasından keçməlidir.

Qeyd edək ki, ARGTMŞ ilk dəfə 2013-2016-cı illər üçün akreditasiyadan keçmişdir. Həmin ildən ARGTMŞ tərəfindən yaradılmış "Avropa Könüllülük Xidməti”nin Azərbaycan modeli olan "Azərbaycan Könüllülük Xidməti” Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı mövcuddur.

Xatırladaq ki, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. AKX Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol