• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda doğulan üçəmlərdən sağ qalanı dünyasını dəyişdi

Salyanda doğulan üçəmlərdən sağ qalanı dünyasını dəyişdi
30.06.2016 20:12
Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı dünyasını dəyişib.
 
Bunu APA-ya açıqlamasında Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib:
 
"Təəssüf ki, həmin uşağı 10 gündən artıq saxlaya bilmədik. Ağ ciyərlər yetişməmişdi, funksiyasını yerinə yetirmirdi. Beyində qansızma var idi. Çox çalışdıq, təəssüf ki, uşağın sağ qalması mümkün olmadı”.
 
O həmçinin bildirib ki, uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. 
 
Qeyd edək ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşda sonra üçəmlərdən ikisi ölüb.
 
Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.
 
 Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb.
 
 Səhiyyə Nazirliyi doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyini, uşaqların çəkisinin çox az olduğunu açıqlayıb. Nazirlik küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatları təkzib edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol