• $
  • €
  • ₽
  • ₺
  • £

“Status-kvo dəyişmədikcə, humanitar fəlakətin tam aradan qaldırılması mümkünsüzdür”

“Status-kvo dəyişmədikcə, humanitar fəlakətin tam aradan qaldırılması mümkünsüzdür”
01.07.2016 19:42
Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilib.
 
Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, komissiyanın sədri Mədət Quliyev ermənilərin tarixən Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım və işğalçılıq siyasətindən danışıb. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu, status-kvo dəyişmədikcə, humanitar fəlakətin tam aradan qaldırılmasının mümkünsüz olduğunu diqqətə çatdırıb. Komissiya sədri Kəlbəcər rayonu ərazisində işğalçı Ermənistanın hərbçiləri tərəfindən 2014-cü ilin iyulunda girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qeyri-qanuni olaraq azadlıqdan məhrum edilmələrinin ciddi narahatlıq doğurduğunu söyləyib: "Bu məsələdə də qeyri-insani münasibət nümayiş etdirən Ermənistanın müharibə qurbanlarını daim siyasi təzyiq vasitəsinə çevirmək cəhdləri qəbuledilməzdir. Komissiyanın gözlənilməz hadisələrə hər zaman hazır olması vacibdir”.
 
Sonra komissiyanın sədri iclasın gündəliyini elan edib. Komissiyanın işçi qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı 2016-cı ilin birinci yarısında aparılan axtarış-araşdırma və siyahılarda dəqiqləşmə işləri, həmçinin aprel hadisələri ilə bağlı humanitar proseslərin təşkili və icrası sahəsində qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Dövlət Komissiyası ilə BQXK arasında imzalanmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante-Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərlə əlaqədar, o cümlədən itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrin toplanması işi davam etdirilib və artıq 2461 donordan nümunə götürülüb. 

İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov Dövlət Komissiyasının yeni rəsmi internet səhifəsinin istifadəyə verildiyini nəzərə çatdırıb. Komissiyanın üzvü, baş prokurorun müavini-hərbi prokuror Xanlar Vəliyev ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlərin istintaqının 2005-ci ilin mayından etibarən Hərbi Prokurorluğa həvalə olunduğunu xatırladıb. Hərbi Prokurorluq tərəfindən aparılan istintaq nəticəsində bu günədək onlarla Azərbaycan vətəndaşının işgəncələrə məruz qalaraq qətlə yetirildiyi barədə mühüm faktlar əldə olunub. 

İclasın sonunda komissiyanın sədri M. Quliyev müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkinlər probleminin həm Azərbaycan dövlətini, həm də ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələlərdən olduğunu bildirib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol