• $
  • €
  • ₽
  • ₺
  • £

Professor: “Uşaqlar arasında aritmiya, infarkt halları artıb”

Professor: “Uşaqlar arasında aritmiya, infarkt halları artıb”
08.07.2016 23:59
İbrahim İsayev: Uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir

"Son illərin göstəricilərinə əsasən, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri məhz insanlar arasında bu patalogiyanın daha çox yayılması ilə deyil, bizim diaqnostik imkanlarımızın artması ilə əlaqədardır”. 

"Report”un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev deyib.

Onun sözlərinə görə, uşaqlardakı kardioloji xəstəliklərin yaşla asılılığı daha çoxdur: "Son zamanlar anadangəlmə ürək qüsurlu doğulan uşaqları daha çox müşahidə edirik. Sonrakı yaşlarda əsasən məktəbəqədər dövrdə ürək-damar sistemi tərəfindən ilk vaxtlarda aşkar edilməyən anadangəlmə ürək qüsurları, inkişaf uyğunsuzluqları meydan çıxa bilər. Məktəb yaşlarında isə funksional ürək-damar sistemi xəstəliklərinin tezliyi və qazanılma intensivliyi getdikcə artır”.

ATU-nun mütəxəssisi qeyd edib ki, populyasiyada uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir: "Yəni, hər 100 doğulan uşaqdan təqribən birində anadangəlmə ürək qüsuru patalogiyası müşahidə olunur. Bunun da diaqnostikası, yaranma səbəbləri və qarşısının alınması səhiyyəmizin qarşısında duran ən əsas problemlərdən biridir. Bu xəstəliyi hansı səbəblər daha çox yarada bilər sualına gəldikdə, bu, multifaktorlu, yəni çox səbəbli bir patalogiyadır. Bunun əmələ gəlməsində konkret olaraq hər hansı bir amil əsas rol oynamır”.

O bildirib ki, bu xəstəlikdə əksər hallada 70-80 % genetik faktorun rolu xüsusi vurğulanır: "Əgər valideyninin birində ürək-damar sistemində problem varsa, uşaqda da bu özünü biruzə verəcək. Qalan 20 % isə digər səbəblər təşkil edir. Bura əsasən, ananın özünün sağlamlıq vəziyyəti, xüsusilə də anada şəkərli diabetin olması, arterial hipertenziyanın, qan azlığının, qəbul edilən dərman preparatlarının, sinir sistemi xəstəliklərinin, böyüdüyü sosial şəraitin, stress, gərginlik, qidalanma kimi amillər də daxildir”.

"Əgər ilk uşaqda anadangəlmə ürək qüsuru varsa, ikinci uşaqda bu 30 %, üçüncü uşaqda isə artıq bu göstəricinin 50 % yaranma ehtimalının artdığını demək olar. Yəni, valideynlərin, ən əsasda ananın sağlamlığı əsas rol oynayır. Anadangəlmə ürək qüsurları özü də ağırlıq dərəcəsinə görə bölünür. Elə uşaqlar var ki, onlara anadan olan kimi cərrahi müdaxilənin edilməsi mütlədir, amma elə problemlər var ki, onlar 1 yaşa qədər gözlənilməlidir. Uşaqlarda yüngül qüsurlar zamanı onları tez-tez müayinələrdən keçirtməklə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olar. Valideynlər uşaqlarını 5 yaşına qədər ildə bir dəfə mütləq kardioloji müayinədən keçirməlidirlər”- deyə həkim əlavə edib.

İbrahim İsayev onu da vurğulayıb ki, uşaqlarda arasında anadangəlmə ürək qüsurlarından sonra ən çox yayılan xəstəlik növü, məhz aritmiyalardır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol