• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi kimi fəaliyyət göstərməyə hazır olacağıq"

"Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi kimi fəaliyyət göstərməyə hazır olacağıq"
12.07.2016 17:16
Yeni yaradılan Dövlət İmtahan Mərkəzi ilə bağlı normativ hüquqi sənədlər yaxın vaxtlarda təsdiq olunacaq.

Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin sənədlər təsdiqləndikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya artıq DİM kimi fəaliyyət göstərməyə hazır olacaq:

"DİM-lə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün 3 ay vaxt verilmişdi. Bu yaxınlarda onlar təsdiq olunduqdan sonra biz artıq Dövlət İmtahan Mərkəzi kimi fəaliyyət göstərməyə hazır olacağıq. Hazırda həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, həm də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kütləvi proseslər aparır. Bu kütləvi proseslərin həyata keçirilməsi müvafiq qanunvericilikdə qəbul olunmuş normativ hüquqi sənədlərə əsaslanır. Bu sənədlərin əsasında aparılan kütləvi proseslər bitməlidir ki, biz artıq DİM kimi fəaliyyətə başlaya bilək”.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin əvvəlində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etməlidir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol