• $
  • €
  • ₽
  • ₺
  • £

Buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunları sayı artıb

Buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunları sayı artıb
14.07.2016 13:27
İyulun 14-də "Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat tədbiri keçirilib.

ANN.Az xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəblərin rektorları, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxış edib. Buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını deyən E.Əmrullayev bildirib ki, 2012-ci il ilə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların faiz göstəricisi 17 faiz artıb.

E.Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb. Ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən E.Əmrullayev ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin önəmini qeyd edib, aparılan islahatların artıq müsbət nəticələrinin müşahidə olunduğunu deyib. İ.Həbibbəyli bildirib ki, möhkəm bünövrə əsasında qoyulan bu ənənə müsbət dəyişikliklərin ardıcıl olacağına əminlik yaradır.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, son 3 ildə ümumi təhsil pilləsində istər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində davamlı müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Builki buraxılış imtahanlarının müsbət dinamikasını qeyd edən nazir bunun davamlı xarakter alacağını nəzərə çatdırıb. Təhsilin  inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir, bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə inamını ifadə edib.

Mikayıl Cabbarov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan hədəflərdən danışaraq təhsil işçilərini, bütövlükdə ictimaiyyəti bu istiqamətdə birgə səy göstərməyə səsləyib.

Tədbir iştirakçılarına tədris ilinin yekunlarına həsr olunan hesabat jurnalı təqdim olunub.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol