• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı jurnalistlər London, İstanbul və Moskvaya göndəriləcək

Azərbaycanlı jurnalistlər London, İstanbul və Moskvaya göndəriləcək
21.07.2016 15:44
"Dağlıq Qarabağın Azərbaycanlı İcması "İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi (PJB) arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan jurnalistləri üçün yeni müsabiqə elan edilir. 

Bu barədə məlumatı ANN.Az-a PJB-nin rəhbəri Elşad Eyvazlı verib.
 
O  qeyd edib ki, ideya Milli Məclisin deputatı, İcmanın İdarə Heyətinin üzvü Rövşən Rzayevdən gəlib. 
R.Rzayev bildirdi ki, prezident İlham Əliyev dəfələrlə çağırış edib ki, xaricdə çalışan, xaricə çıxışı olan azərbaycanlı jurnalistlərə ehtiyac var. 

O dedi ki, Prezidentin qaldırdığı bu məsələ çox vacibdir və bu çağırışa qoşulmaq dövlətimiz, ölkəmiz, millətimiz üçün xeyir verə bilər. E.Eyvazlı qeyd edib ki, məsələ İcma rəhbərliyində müzakirə olunub və sədr Bayram Səfərov belə bir layihənin gerçəkləşməsinin gərəkli olduğunu vurğuladı.
"Biz jurnalistlər üçün yeni müsabiqə elan edirik. Müsabiqəyə ingilis, rus və türk dilini yaxşı bilən jurnalistlər qoşula bilərlər. 

Müsabiqə qalibləri iki mərhələ keçdikdən sonra müəyyənləşəcək. İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin xaricdə dərc olunan yazısı təqdim edilməlidir. Bu olmadıqda həmin jurnalist xaricdə media üçün hazırladığı, ancaq dərc etdirə bilmədiyi yazını təqdim etməlidir.

İkinci mərhələdə isə jurnalist münsiflər tərəfindən şifahi sorğudan keçəcəklər. Dil biliyi ilə yanaşı jurnalistlərin hadisələrə baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir. Üç nəfər qalib müəyyənləşdiriləcək. 

Qaliblərdən biri London, biri Moskva, biri isə İstanbula göndəriləcək. Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqə qalibləri xaricdə həm universitetlərdə seminarlara qatılacaqlar, həm də məşhur media qurumlarında təcrübə keçəcəklər”. 

Müsabiqəyə avqustun 1-dən start veriləcək. 

Bu yarışa qatılmaq istəyənlər [email protected], (0099412)4659574, (00994)0513408183-li telefonlarla əlaqə saxlaya bilərlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol