• $
  • €
  • ₽
  • ₺
  • £

Son 12 ilin ən soyuq iyul ayını yaşayırıq

Son 12 ilin ən soyuq iyul ayını yaşayırıq
29.07.2016 19:05
İyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub.

Azərbaycanda 2004-cü ildən sonra ilk dəfə olaraq bu il iyul ayı sərin keçib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, 2004-cü ilin iyul ayının hava şəraiti ilə builki iyul ayının hava şəraiti oxşardır. Bu il iyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub.

A.Verdiyev qeyd edib ki, hazırda Bakıda havanın temperaturu iqlim normasından 1-2 dərəcə aşağıdır. Bu il iyulda Bakıda havanın ən yüksək sutkalıq temperaturu iyulun 18-də (iyulun 29-dək olan məlumat) qeydə alınıb. İyulun 18-də Bakıda havanın sutkalıq temperaturu 37,5 dərəcə isti olub.

Ölkə üzrə isə iyulda (iyulun 29-dək olan məlumat) ən yüksək sutkalıq temperatur Mərkəzi Aran rayonlarında müşahidə edilib. Bəzi Aran rayonlarında iyulun 17-də sutkalıq temperatur 42 dərəcə isti olub.

Bakıda bu il iyul ayı ərzində ən aşağı sutkalıq temperatur isə iyulun 13-də olub. Həmin gün sutkalıq temperatur 19,2 dərəcə isti olub.

A.Verdiyev qeyd edib ki, 2004-cü ildə Bakıda iyul ayı ərzində ən yüksək sutkalıq temperatur 37 dərəcə, ən minimal sutkalıq temperatur isə 14 dərəcə olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol