• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sahibkarlar arasında kütləvi dava - yaralılar var

Bakıda sahibkarlar arasında kütləvi dava - yaralılar var
05.08.2016 13:03
Bakıda kütləvi dava olub.

 Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan-Qala avtomobil yolunun şərq hissəsində, "Qalabazar" İstirahət Mərkəzinin yaxınlığında baş verib.

Hadisə ərazidəki torpaq sahəsi üstündə olub. Məlumata görə, "Qalabazar" İstirahət Mərkəzinin sahibləri ilə yaxınlıqdakı torpaq sahəsinin sahibkarı arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. "Qalabazar" İstirahət Mərkəzi rəhbərinin adamları sahibkara məxsus torpaq sahəsində tikinti aparan şəxslərə hücum edib və onları döyüblər. Hadisə zamanı əraziyə gələn, "Qalabazar" İstirahət Mərkəzinin sahiblərindən biri Mehdi adlı şəxs şəxsi avtomobili ilə Bakı şəhər sakinləri - Zamanov Avtandil Məhərrəm oğlu, Kərimov Ələddin Qafar oğlu və torpaq sahəsinin sahibinin nümayəndəsi Rüfət Vəliyevi vurub.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Yaralılara Təcili Tibbi Yardım Briqadası tərəfindən ilk tibbi yardım göstərilib və xəsarət alanlardan iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

Xəzər rayon Polis İdarəsindən Trend-ə faktı təstiqləsələr də, hadisə ilə bağlı əlavə məlumat verilməyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol