• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda 130 gömrükçü cəzalandırılıb

Naxçıvanda 130 gömrükçü cəzalandırılıb
09.08.2016 12:22
Bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) işdə nöqsanlara yol vermiş 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Oxu.Az-a Naxçıvan Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov deyib ki, 32 əməkdaşa xidməti intizam qaydalarının tələblərini pozduğuna, 98 əməkdaşa isə auditin nəticələrinə görə intizam tənbehi tətbiq edilib.

Komitə sədri onu da bildirib ki, ilin birinci yarısı ərzində idxal istiqamətində gətirilən 13,5 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar muxtar respublikaya daxil olmadan geri qaytarılıb. Həmin malların geri qaytarılması, əsasən, üzərində istehlak tarixinin olmaması və ya istehlak müddətinin bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyin məlum olmaması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi səbəblərlə bağlı olub.

Ümumilikdə, ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tondan artıq məhsul isə qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfindən məhv edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol