• $
  • €
  • ₽
  • ₺
  • £

“Məktəb müşavirləri xidməti” pilot layihəsinin icrasına başlanılıb

“Məktəb müşavirləri xidməti” pilot layihəsinin icrasına başlanılıb
11.08.2016 11:25
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə "Məktəb müşavirləri xidməti” pilot layihəsinə start verib. Məktəb müşavirlərinin ilkin seçim mərhələsi "ASAN xidmət”də həyata keçiriləcək.

Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, ilkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər məktəb müşavirləri təyin ediləcəklər.

Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik  işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol