• $
  • €
  • ₽
  • ₺
  • £

Yeddi aya yaxındır komada olan yazçı-publisistin adına bank hesabı açıldı

Yeddi aya yaxındır komada olan yazçı-publisistin adına bank hesabı açıldı
29.08.2016 15:10
Yeddi aya yaxındır komada olan yazıçı-publisist Əli Əliyevin müalicəsinə maddi yardım göstərilməsi məqsədilə bank hesabları açılıb.  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. Əli Əliyevi oğlu İmdad Əlizadə də uzun müddətdir ki, Azərbaycan mediasında çalışır.
 
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini "54 gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

2016-cı ilin fevral ayının 14-də Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının "Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Kilinik Xəstəxanada müalicə olunur. 

Müalicənin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb. Əks halda koma vəziyyətində olan 70 yaşlı Əli Əliyev xəstəxanadan çıxarılmalıdır. Buna görə də ailəsi Əli müəllimin müalicəsinə maddi yardım göstərilməsi üçün bank hesabları açmaq məcburiyyətində qalıb. Bank hesabları Əli Əliyevin oğlu İmdad Əlizadənin adına açılıb. Yardımı aşağıdakı hesablar vasitəsilə (həm manatla, həm də xarici valyutalarla) həyata keçirmək mümkündür: 

Bank Respublika ASC Yasamal filialı

Kod: 511102

VÖEN: 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

IBAN: AZ94BRES00380194404052957401

Xarici valyutalarla:

AZ88BRES00381184004052957402 (USD)
AZ55BRES00381197804052957403 (EUR)
AZ10BRES00381181004052957404 (RUB)
 
Əlaqə telefonu: 050 506 86 90 (İmdad Əlizadə)

Qeyd: Yardım kampaniyasında ölkədəki ödəniş terminalları vasitəsilə də iştirak etmək mümkündür. Belə ki, öncə terminalda "Bank xidmətləri”ni, daha sonra "Bank Respublika”nı seçmək və 380194404052957401 hesabına ödəniş etmək olar. Bu zaman tələb edilən şəxsiyyət vəsiqəsi nömrəsi qrafasında 15670795 rəqəmləri yazılmalıdır. 
 
 
İmdad Əlizadə (Ə.Əliyevin oğlu) 
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol