• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN Məktubdan Çərpələngin ilk uçuşuna dəstək

ASAN Məktubdan Çərpələngin ilk uçuşuna dəstək
05.09.2016 23:19
"ASAN Məktub” layihəsinin dəstəyi ilə Çərpələngin ilk uçuşu baş tutacaq.

Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağında yaşayan uşaqları təhsilə cəlb etmək məqsədilə fəaliyyət göstərən "Çərpələng" məktəbəqədər təhsil kursu, "ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Çərpələngin  1 yaşı münasibətilə "Çəpələngin ilk uçuşu” adlı xeyriyyə tədbiri keçirəcək.

Tədbir 10 Sentyabr saat 18:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Tədbirdə Uşaq Sığınacağının  balaca sakinlərinin hazırladığı  teatr səhnəcikləri, şeirlər, musiqilər, rəqslər nümayiş etdiriləcək.

Biletləri Əlaqə nömrələri: +994 514736102, +994 552783513 telefon nömrələrilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Konsert üçün bilet satışından əldə oluncaq gəlir, tamamilə sığınacaqda məskunlaşmış uşaqların təhsilinə sərf olunacaq.

Tədbirin keçirilməsində əsas məqsəd, cəmiyyətdə sosial məsuliyyət anlayışını genişləndirmək  və ən əsası valideyn himayəsindən məhrum olan, olan uşaqların təhsil və digər problemlərinin həllində  cəmiyyətin rolunun əhəmiyyətini göstərmək, sığınacağın sakinlərinin daha keyfiyyətlə təhsil almalarına şərait yaratmaqdır.

Hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, eləcə də yaşlı, kimsəsiz ailələrə yardım etməklə öz sosial məsuliyyətini  əks etdirir. Təşkilat tərəfindən həyata keçirilən "ASAN Məktub” layihəsi də sosial məsuliyyət çərçivəsində keçirilən layihələrdəndir. "ASAN Məktub” layihəsinin əsas məqsədi layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.
 
"Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirir. 

Qeyd edək ki, "ASAN Könüllüləri” təşkilatı, "ASAN Məktub” layihəsi çərçivəsində  "Çərpələngin ilk uçuşu” tədbirinin keçirilməsində də yaxından iştirak edir, təşkilati dəstək göstərir.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol