• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olundu

AMEA-da magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olundu
05.09.2016 17:47
Sentyabrın 5-də AMEA Rəyasət Heyətinin binasında 2016-2017-ci tədris ili üzrə Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olunub. İclasda Təhsil şöbəsinin rəisi, Elmi-analitik şöbəsinin rəis müavini, elmi müəssisələrin təhsil şöbələrinin rəhbərləri və magistraturada təhsilin təşkilinə bilavasitə məsul olan şəxslər iştirak ediblər.

AMEA İctimaiyyətlə Əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov açaraq Akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı barədə məlumat verib. Şöbə rəisi vurğulayıb ki, bu il magistratura pilləsinə qəbulda ən böyük rəqabət Akademiyada müşahidə olunub: "Son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, Akademiyada aparılan fundamental və tətbiqi araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. AMEA-nın qarşısına qoyduğu hədəflər sırasında elmtutumlu sahələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, Akademiyanın potensialından istifadə daha savadlı mütəxəssislərin hazırlanmasına kömək edəcək. Biz Akademiyada magistratura təhsilinin keyfiyyətinin daha da artırılması üçün bu cür görüşləri mütəmadi şəkildə keçirəcəyik”. Ömər Gülalov vurğulayıb ki, yaxın günlərdə AMEA prezidenti, akademik Akif Əlizadənin magistrlarla görüşü gözlənilir.

Sonra AMEA-nın Elmi analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov çıxış edərək, 2016-2017-ci tədris ilində Akademiyada magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu bildirib. Tədris planı və dərs saatları barədə iştirakçıları məlumatlandıran Hüseyn Hüseynov tədbir iştirakçılarının bir sıra suallarını cavablandıraraq qeyd edib ki, AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələr Elm və Təhsil İdarəsi tərəfindən bütün normativ sənədlərlə təmin olunacaqlar.

Sonda Təhsil şöbəsinin rəisi Ömər Gülalov iclas iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb və magistratura təhsilinin təşkilinin yüksək səviyyədə olması üçün AMEA rəhbərliyinin bütün zəruri addımlar atacağını bildirib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol