• $
  • €
  • ₽
  • ₺
  • £

“Rəhimə Xanım” dini icması dövlət qeydiyyatına alındı

“Rəhimə Xanım” dini icması dövlət qeydiyyatına alındı
06.09.2016 19:15
Bakının Nardaran qəsəbəsində fəaliyyət göstərən dini icma dövlət qeydiyyatına alınıb.
 
Qeydiyyat barədə şəhadətnamə qəsəbədə keçirilən tədbirdə icma rəhbərinə təqdim olunub.
 
Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
 
Komitə sədri qeyd edib ki, "Rəhimə Xanım” məscid-ziyarətgahında qeydə alınan eyni adlı dini icma qəsəbədəki digər məscidlərin də idarəetməsini həyata keçirəcək.
 
İcmanın rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəsəbəyə təyin etdiyi qazı Musa Qasımovdur: "Bu icmanın tabeliyində olan məscidlərə QMİ əməli-möft, yəni dini ayinlərin icraçısını da təyin edib”.
 
Komitə sədri bundan başqa, Nardaranda mədrəsə tikiləcəyini də bildirib.
 
Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi var. Ötən ilin sonunda qəsəbədə baş verən məlum hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduğu üçün dayandırılıb.
 
Bundan sonra Nardaranda yalnız bir icmanın qeydiyyata alınması, digər məscidlərin də o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qaydada idarə olunması barədə qərar qəbul edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol